Hörmətli tələbələr,
Semestr ərzində hər biriniz bir sərbəst iş hazırlayıb auditoriya qarşısında təqdimat şəklində müdafiə edəcəksiniz. Sərbəst iş 10 balla qiymətləndirilir.
Mövzu seçimi. Mövzular sillabusdakı siyahıdan seçilir. Seçdiyiniz mövzunu 30 oktyabr 2026-cı il tarixinədək seminar zamanı müəllimə bildirin. Bir qrupda eyni mövzunu iki tələbə seçə bilməz.
Təqdimatın quruluşu. Təqdimat 8-12 slayddan ibarət olmalıdır.
- Birinci slaydda adınız, qrupunuz və mövzu göstərilir.
- Sonra giriş, əsas hissə və nəticə gəlir.
- Son slayd istifadə olunmuş mənbələrin siyahısıdır.
Mənbələr. Ən azı 4 mənbədən istifadə olunmalıdır. Normativ aktlara istinad edərkən aktın adı və maddə nömrəsi slaydda göstərilməlidir.
Slaydlar. Slaydlarda uzun mətn yazmayın. Əsas fikirləri qısa bəndlərlə, lazım olduqda cədvəl və sxemlə verin. İzahı şifahi edirsiniz.
Müddət. Təqdimat 5-7 dəqiqə davam edir, sonra 2-3 dəqiqə suallara cavab verilir.
Qiymətləndirmə. 10 bal belə bölünür.
- məzmun və mövzunun açılması 4 bal
- mənbələr və normativ istinadlar 2 bal
- slaydların keyfiyyəti 2 bal
- təqdimat və suallara cavab 2 bal
Vaxt. Təqdimatlar noyabrın sonundan başlayaraq seminar saatlarında keçiriləcək. Təqdimat qrafiki ayrıca elan olunacaq. Son müdafiə tarixi 20 dekabr 2026-cı ildir. Qrafikdə göstərilən gün təqdimat etməyən tələbə bu bal üzrə qiymətləndirilmir.
Plagiat. Başqasının işini və ya mənbəyə istinad etmədən götürülmüş materialı təqdim edən tələbənin sərbəst işi ləğv olunur.
Independent Work: Presentation
Dear students, each of you will prepare an independent work and defend it as a presentation in class. It is worth 10 points.
Topic. Choose a topic from the list in the syllabus and tell me during a seminar by 30 October 2026. Two students cannot present the same topic.
Structure. Your presentation should have 8 to 12 slides.
- The first slide shows your name, group and topic.
- Then come the introduction, the main part and the conclusion.
- The last slide lists your sources.
Sources. Use at least 4 sources, with at least 4 academic sources in English. Cite treaties and cases precisely on the slides, with the article number or the case name and year.
Slides. Keep the text short. Use brief points, tables or diagrams, and explain the details orally.
Timing. Each presentation lasts 5 to 7 minutes, followed by 2 to 3 minutes of questions.
Assessment. The 10 points are split as follows.
- content and depth 4 points
- sources and legal references 2 points
- quality of the slides 2 points
- delivery and answers to questions 2 points
Schedule. Presentations take place in seminars from late November. The schedule will be posted separately. The final deadline is 20 December 2026. If you do not present on your scheduled day, you receive no points for this component.
Plagiarism. Presenting someone else's work, or material used without citing the source, cancels the assignment.
Vaxt hesabı
Təqdimatlar seminar vaxtını aparır. Ona görə onları yalnız dekabrın son həftəsinə yığmaq mümkün deyil, noyabrın sonundan başlamaq lazımdır. Bir tələbəyə təqdimat və suallarla birlikdə təxminən 10 dəqiqə düşür.
| Qrup | Tələbə | Lazım olan vaxt | 20.12-dək seminarlar |
|---|---|---|---|
| B11Eko23/01 | 27 | təxminən 270 dəqiqə | 23.11, 30.11, 07.12, 14.12 (320 dəqiqə) |
| B11Eko23/02 | 21 | təxminən 210 dəqiqə | eyni günlər (320 dəqiqə) |
| B07Bem26/İ01 | 30 | təxminən 300 dəqiqə | 26.11, 03.12, 10.12, 17.12 (320 dəqiqə) |
| Biznes hüququ, magistr | 33 | təxminən 330 dəqiqə | 25.11-dən 16.12-dək 6 blok (480 dəqiqə) |